Ana səhifə - Arxiv

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ELMİN İNKİŞAFINDA ROLU (TARİX VƏ MÜASİRLİK)

Aybəniz Osmanova

Məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının elmin inkişafında rolu təhlil edilir. Akademiyanın tarixi 1920-1945, 1945-1991, 1993 və bu günə qədər olmaqla 3 inkişaf mərhələsinə bölünür və hər mərhələdə onun elmin inkişafına təsiri araşırılır. Akademiyanın Azərbaycanda fundamental tədqiqatların əsas mərkəzinə çevrilməsi 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının təşkilindən sonra baş vermişdir. Bu dövr Azərbaycan elminin hərtərəfli inkişafına yönəlmiş mühüm addımlarla səciyyələnir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə respublikada elmin inkişafına diqqət xeyli artdı, alimlərin nüfuzu gücləndi. Alimlərimiz öz kəşfləri ilə yerli elmə töhfə vermiş, Azərbaycandan kənarda da nüfuz qazanmışlar

Açar sözlər: Elmlər Akademiyası, institutlar, dövr, elmi kadrlar

Məqaləyə baxın(1012)
Ədəbiyyat

Kərimova T (2015). Azərbaycan Milli Elmlər Akademiyasının yaranması. Bakı: “Elm və Tərəqqi”.

Митрякова Н.М (1971). Начальные этапы планирования в Академии наук СССР (1927—1940 гг.) Журнал «Российская Академия наук» №8.

https://web.ddd.az/sayt/%C3%BCmumi-dig%C9%99r-saytlar-74/az%C9%99rbaycan-milli-elml%C9%99rakademiyas%C4%B1-www-science-gov-az-517.html

http://www.science.gov.az/pages/istoriya-osnovaniya