Ana səhifə - Təqdimat Prosesi

Məqalənin təqdim edilməsi qaydası

Məqalələr aydın şəkildə təqdim edilməli və müəyyən oxucu hədəfinə malik olmalıdır. Tövsiyə olunan məqalənin həcmi 6000 işarədən çox olmamalıdır.

Müəlliflər məqalənin aşağıdakı ümumiləşdirilmiş quruluşuna əməl etməlidirlər: Başlıq, Giriş, Əsas mətn (yarımbaşlıqlarla birlikdə), Nəticə və İstifadə edilmiş ədəbiyyat. Açar sözlər və xülasə üç dildə verilməlidir. 

Xülasə 250 sözdən az olmamalı və məqalənin əsas məzmununu əhatə etməlidir.

Məqalə ya e-mail ilə (jhsss.hs.anas@gmail.com) ya da elektron daşıyıcıda təqdim oluna bilər.

 

      Təqdim olunan məqalə:

- Ms Office Word formatında (“doc”, “docx”) olmalıdır;

- Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12 (on iki) punto, sətir aralığı 1.5 interval müəyyən edilir;

- Sənədin kənarları yuxarı və aşağıdan 20 (iyirmi) mm, soldan 30 (otuz) mm, sağdan isə 10 (on) mm olmalıdır.

Başlıq hissədə məqalənin başlığı, müəllifin adı, xülasə və açar sözlər yer almalıdır.

Məqalənin başlığı böyük hərflə qalın şriftlə verilməli və ortada yer almalıdır.  

Müəllifin adına (*) ulduz işarəsi əlavə olunmalı və aşağıda müəllifin elmi adı və dərəcəsi, işlədiyi yer və e-mail ünvanı qeyd olunmalıdır.

Məqalə mətnini müşayiət edən hər hansı bir illustrasiya (şəkillər, rəsmlər, fotoşəkillər) JPG və ya JPEG formatında ayrı sənədlər şəklində jurnala təqdim edilməli və 10x20 sm-dən çox olmamalıdır. İllustrasiyalı materialların keyfiyyəti arzuolunandır. Rəqəmlər və ya cədvəllərin alt yazıları tələb olunur.

 

        İSTİNAD

Məqalə APA 7 istinadlama sistemi əsasında tərtib olunmalıdır.

Nümunə: (müəllifin soyadı, nəşr ili: səhifə) – (Mirzəbəyova, 2022: 154)

     APA 7 üçün əlavə məlumat https://thinpo.com/bilim/apa-7-yazim-kurallari-ile-makale-yazimi-ve-kaynakca/

 

Kitablarda:

Blase, J. (1991) The politics of Life in Schools: Power, Conflict and Cooperation. London: Sage Publications.

Redaktə olunmuş kitablarda:

Gupta, R. (Ed.) (2003) Remote Sensing Geology. Germany: Springer-Verlag.

Redaktə olunmuş kitablarda başlıqlarda:

Newman, W. R. (2013) ‘Medieval Alchemy’ in Lindeberg, D. C. and Shank, M.H. (eds.) The Cambridge History of Science, Volume 2. New York: Cambridge University Press.

Jurnallarda:

O’Reilly, C. A. and Roberts, K. H. (1977) ‘Task Group Structure, Communication and Effectiveness in Three Organizations’, Journal of Applied Psychology, 62 (6), pp. 674-681.

Elektron jurnallarda:

Wang, F., Maidment, G., Missenden, J. & Tozer, R. (2007) The novel use of phase

change materials in refrigeration plant. Part 1: Experimental investigation. Applied

Thermal Engineering. 27 (17–18), 2893–2901. Available from: DOI:10.1016/j.

applthermaleng.2005.06.011. [Accessed 15th June 2016].

or

Read, B. (2008) Anti-cheating crusader vexes some professors. Chronicle of Higher

Education. 54 (25). Available from: http://global.factiva.com/ [Accessed 5th August 2016].

Qəzetlərdə:

Rosenberg, G. (1997, March 31). Electronic Discovery Proves an Effective Legal Weapon. The New York Times, p. D5.

 

Yuxarıdakı tələblərə uyğun tərtib edilməyən məqalələr redaksiya tərəfindən baxılmayacaqdır!