Ana səhifə - Arxiv

ƏLLAMƏ ŞƏMSƏDDİN MƏHƏMMƏD İBN MAHMUD AMULININ «NƏFAİS ƏL-FÜNUN Fİ ƏRAİS ƏL-ÜYUN» ADLI ƏSƏRİ ORTA ƏSR AZƏRBAYCAN ELM TARİXİ ÜZRƏ MƏNBƏ KİMİ

Elxan Quliyev

«Şəmsəddin Amuli» ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV əsrlərdə yaşayıb yaratmış islam alimlərindən biri olmuşdur. Bu alimin ən məşhur və dəyərli əsəri, fars dilində yazılmış «Nəfais əl-fünun fi Ərais əlüyun» adlı əsəridir. Üç cilddə çap edilmiş bu kitab qədim elmlərə dair müfəssəl elmi-ensiklopedik bir əsər hesab olunur. Əsərdə dövrün 120-yə yaxın elmi və onların müxtəlif sahələri böyük məharətlə işıqlandırılmış, elmin mürəkkəb məsələləri sox sadə dildə şərh edilmişdir. Qeyd etmək lazımdır ki, XIII-XIV əsrlərdə Azərbaycanda elm və mədəniyyətilə bağlı zəngin məlumata malik olan bu əsər Azərbaycan tarixi baxımından hədsiz əhəmiyyətə malik olan mənbələr sırasına daxil edilə bilər. Biz bu dəyərli əsərin XIII-XIV əsrlərdə Azərbaycanda elm və mədəniyyət tarixinin nisbətən geniş şəkildə işıqlandırılması istiqamətində xüsusi rol oynayacağına inanırıq.

Açar sözlər: Şəmsəddin Amuli, «Nəfais əl-fünun fi Ərais əl-üyun, Azərbaycan, elm, tarix, mənbə;

Məqaləyə baxın(1001)
Ədəbiyyat

ابوالحسن شعرانی ، مصحح جلد دوم: ابراهیم م یانج ی، انتشارات اسالمی ه، تهران، چاپ سوم 1389 ه.ش،

.جلد اول، 595 ص: جلد دوم، 555 ص: جلد سوم، 576 ص

Piriyev V (2003), Azərbaycan XIII-XIV əsrlərdə, Bakı- «Nurlan»-2003, 456 s.

Azərbaycan tarixi (2007). Yeddi cilddə. III cild. Bakı, Elm.

Azərbaycan tarixi (1994) (ən qədim zamanlardan XX əsrədək), Akademik Z, Bünyadov və Yusif Yusifovun redaktorluğu ilə 1 cild, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı

Али-Заде А.А (1956). Социально-экономическая и политическая история Азербайджана XIII - XIV вв. Баку: Издательство Академии Наук Азербайджанской ССР,

Qasımov X (2008). Orta əsrlərdə Azərbaycan ədəbiyyatı. Bakı: «Aspoliqraf» Onullahi S (1982), XIII-XIV əsrlərdə Təbriz şəhəri (sosial-iqtisadi tarixi), Bakı: «Elm» nəşriyyatı

دکتر علی اصغر حلبی، تاریخ تمدن اسالم، )بررسی های چند در فرهنگ وعلوم اسالمی(، انتشارات - .اساطی ر، چاچ دوم ۱۳۷۲ ش. ۵۵۲ ص