ARƏN Reyestr № 4314

ISSN (print): 2788 - 9831

ISSN (online): 2788 - 984X

Elm Tarixi və Elmşünaslıq

Beynəlxalq elmi-nəzəri jurnal


MÜƏLLİFLƏR ÜÇÜN TƏLİMATLAR

Ümumi müddəalar

Jurnalda nəşr olunmaq üçün alim və tədqiqatçıların, elmi və pedaqoji işçilərin əvvəllər heç yerdə çap olunmamış azərbaycan, rus və ingilis dillərində məqalələri qəbul edilir.

Bütün məqalələr jurnalın redaksiya heyəti tərəfindən yoxlanaraq nəzərdən keçirilir. Redaksiya heyətinin təqdim olunan məqalənin jurnalda dərc olunması üçün qəbul edilməsi qərarı müəlliflərə elektron poçt vasitəsilə göndərilir.

Jurnal ildə 2 dəfə nəşr olunur. Məqalələrin nəşr olunması onların qəbulu qaydasına uyğun həyata keçirilir.

Məqalənin təqdim edilməsi qaydası

1. Tövsiyə olunan məqalənin həcmi: A4 formatında 6-20 səhifə.

2. Müəlliflər məqalənin aşağıdakı ümumiləşdirilmiş quruluşuna əməl etməlidirlər: Başlıq, Giriş, Əsas mətn (yarımbaşlıqlarla birlikdə), Nəticə və İstifadə edilmiş ədəbiyyat.

3. Təqdim olunan məqalə:

- Ms Office Word formatında (“doc”, “docx”) olmalıdır;

- Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12 (on iki) punto, sətir aralığı 1.5 interval müəyyən edilir;

- Sənədin kənarları yuxarı və aşağıdan 20 (iyirmi) mm, soldan 30 (otuz) mm, sağdan isə 10 (on) mm olmalıdır.

4. Başlıq hissədə məqalənin başlığı, müəllifin adı, xülasə və açar sözlər yer almalıdır. İngilis dilində xülasə və açar sözlər yer almalıdır. Xülasə və açar sözlər həmçinin ingilis dilində də verilməlidir.

5. Məqalənin başlığı böyük hərflə qalın şriftlə verilməli və ortada yer almalıdır.

6. Müəllifin adına (*) ulduz işarəsi əlavə olunmalı və aşağıda müəllifin elmi adı və dərəcəsi, işlədiyi yer və e-mail ünvanı qeyd olunmalıdır.

7. Xülasə 250 sözdən az olmamalı və məqalənin əsas məzmununu əhatə etməlidir. Açar söz 5-7 sözdən ibarət olmalıdır.

8. Məqalə APA 7 istinadlama sistemi əsasında tərtib olunmalıdır.

APA 7 üçün əlavə məlumat https://thinpo.com/bilim/apa-7-yazim-kurallari-ile-makale-yazimi-ve-kaynakca/

9. Məqalə mətnini müşayiət edən hər hansı bir illustrasiya (şəkillər, rəsmlər, fotoşəkillər) JPG və ya JPEG formatında ayrı sənədlər şəklində jurnala təqdim edilməli və 10x20 sm-dən çox olmamalıdır. İllustrasiyalı materialların keyfiyyəti arzuolunandır. Rəqəmlər və ya cədvəllərin alt yazıları tələb olunur.

10. Müəllifin ORCİD İD göstərməsi vacibdir

ORCİD haqqında:

http://acikkaynak.bilecik.edu.tr/xmlui/bitstream/handle/11552/1026/ORCID%20Bilgi%20Notu.pdf?sequence=4&isAllowed=y

11. Məqalə ya e-mail ilə (jhsss.hs.anas@gmail.com) ya da elektron daşıyıcıda təqdim oluna bilər .

Yuxarıdakı tələblərə uyğun tərtib edilməyən məqalələr redaksiya tərəfindən baxılmayacaqdır!