Ana səhifə - Xəbərlər
Misirdə 2500 illik yüzlərlə mumiyalar və 9 metr uzunluğunda açılmamış papirus tapıldı
31.05.2022

Misirdə yüzlərlə heykəlciklə birlikdə bu gün aşkar edilmiş yüzlərlə yeni mumiya nümayiş etdirilib. Qədim dövrlərin ən maraqlı mədəniyyətlərindən biri olan Misir Sivilizasiyası, bu gün ortaya çıxan yüzlərlə qalıqlarla yenidən gündəmə gəlib. Misirin paytaxtı Qahirənin cənubundakı Saqqara arxeoloji sahəsində yüzlərlə yeni sarkofaq və tunc heykəlciklər sərgilənib. Ondan çox piramida, heyvan məzarları və qədim Kopt xristian monastırları kimi tikililərin yer aldığı ərazidə bəzi məşhur şəxsiyyətlərin heykəlləri də tapılıb.

Verilən məlumata görə, yeni tapılan 150 bürünc heykəlcik arasında antik dövrdə memarlıqda inqilab etmiş İmhotepin heykəlciyi də var. Məşhur memarla yanaşı Zoser Ehramının arxasındakı ad, Bastet, Anubis, Osiris, Amunmeen, Isis, Nefertum və Hathor kimi tanrı və ilahə heykəlcikləri də tapılıb.

9 metr uzunluğunda olan papirusun məzmununun misirlilərin yeraltı dünyasında ölülərə rəhbərlik etmək üçün istifadə etdikləri sehrlərdən ibarət cənazə mətnləri toplusu olan "Ölülər Kitabı" olduğu təxmin edilir.