Ana səhifə - Xəbərlər
Süd Yolu Qalaktikasındakı nəhəng qara dəliyin ilk fotoşəkili çəkilib
31.05.2022

Qalaktikamızın ortasındakı nəhəng qara dəliyin ilk dəfə fotosu çəkilib. Oxatan A* adlanan bu qara dəliyin kütləsi Günəşdən təxminən 4 milyon dəfə böyükdür.

Fotoda qara dəliyin yerləşdiyi qaranlıq bölgəni və onun ətrafında cazibə qüvvəsi ilə hərəkətə keçən yüksək temperaturlu qazların yaydığı halqavari işığı görə bilərik. Fotoda gördüyümüz bu halqanın diametri təxminən 60 milyon kilometrdir.

Xoşbəxtlikdən bu qara dəlik Yerdən 26.000 işıq ili uzaqlıqdadır. Yəni onun bizə çatması və təhlükə yaratması mümkün deyil.