Ana səhifə - Xəbərlər
86 milyon il əvvəl yaşamış "Ölüm Əjdahası"na aid fosil qalıqları tapılıb
31.05.2022

Argentinada təxminən 86 milyon il əvvəl yaşamış "Ölüm Əjdahası" adlı uçan sürünənlərin qalıqları tapılıb.

Qanadlarının 9 metr olduğu bildirilən sürünənlərin kəşfində iştirak edən alim BBC kanalına müsahibəsində deyib ki, yırtıcı heyvanın böyüklüyünün "dəhşətli görünüşü" var.

Tədqiqatın aparıcı elmi işçisi Leonardo Ortiz, "Bu növün zürafəyə bənzər ölçüsü var, qanadları bizim bioloji anlayışımızın sərhədlərinə meydan oxuyur" demişdir.