Ana səhifə - Xəbərlər
Hubble teleskopunun məlumatları elm adamlarını təəccüblədirdi: Kainat dşündüyümüzdən daha sürətli genişlənir
31.05.2022

NASA-dan bildirilib ki, Hubble Kosmik Teleskopu ilə əldə etdiyi məlumatların kainatın necə genişləndiyinə dair uyğunsuzluğunu indiki fizika ilə izah etmək mümkün deyil. Elm adamları kainatın sirlərini ehtiva edən bu yeni kəşfdə “qəribə bir şeyin” olduğunu bildiriblər.

Hubble-ın ölçmələri kainatın genişlənmə sürətinin meqaparsekdə 73 kilometr (3,26 milyon işıq ili) olduğunu göstərir. Ancaq dərin kainatda bu sürət 67,5 kilometrə enir. NASA bu fərqin mövcud fizika qanunları ilə izah edilə bilməyəcəyini bildirib.

Böyük partlayış nəzəriyyəsi ilk ortaya çıxdıqdan bir müddət sonra kainatın genişlənməsinin yavaşlayacağını və cazibə qüvvəsinin təsiri ilə kainatın yenidən kiçiləcəyini proqnozlaşdırmışdı. Amma kainat nəinki genişlənirdi, həm də hər keçən il genişlənmə sürəti artırdı. Bu kəşfdən sonra elm adamları cazibə qüvvəsinin təsirini tərsinə çevirən bir şeyin olduğunu düşünməyə başladılar və bunu qaranlıq enerji adlandırdılar. Bu gün kainatın çox hissəsinin qaranlıq enerjidən ibarət olduğuna inanılır. O qədər ki, planetlərin, ulduzların və qalaktikaların özülü olan atomların kainatın yalnız 5 faizini təşkil etdiyi düşünülür.