Ana səhifə - Əhatə Dairəsi

JHSSS

 

Elm tarixi və Elmşünaslıq beynəlxalq elmi-nəzəri jurnal geniş tematik bir spektri əhatə etməklə orijinal elmi məqalələri, metodiki və metodoloji materialları, elmşünaslıq və elm tarixi sahəsindəki icmalları dərc edir.

Jurnalın əsas istiqamətləri:

- elmi tədqiqat metodlarının tarixi,

- ayrı-ayrı görkəmli alimlərin və elmi məktəblərin fəaliyyəti,

-müxtəlif kəşflərin tarixi,

- elmi fəaliyyətin təşkili formalarının təkamülü,

- əlyazma fondlarından, muzeylərdən və arxivdən toplanan materiallar,

- elm və texnika tarixi haqqında mənbələrin tədqiqi və nəşri,

- sənaye sahəsinin inkişaf tarixi,

- elmin populyarlaşdırılması.

Həmçinin jurnalda elmşünaslığın, onun inkişafı və tarixi aspektlərinin, elmmetriyanın ümumi problemləri, elmi tədqiqatların səmərəliliyinin, elmi-tədqiqat layihələrinin keyfiyyətcə qiymətləndirilməsi problemləri və s. nəşr ediləcəkdir.

 

Jurnalın elmi-nəzəri məzmunu:

* Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələri dərc etmək;

Jurnalın məqsədi:  

* Azərbaycan alimlərinin elm tarixi və elmşünaslığa dair tədqiqatlarını beynəlxalq səviyyədə təqdim və təbliğ etmək,

* dünya alimlərinin elm tarixi və elmşünaslıq sahəsində təcrübələrini öyrənmək, sözügedən sahə üzrə xarici ölkə və Azərbaycan alimləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq etmək.

* beynəlxalq elmi jurnalların bazasına (Web of Science, Scopus, ISI, İSSM, ESSM və s.) daxil olmaq.

Jurnalın başlıca vəzifələri:

* jurnalın profilinə uyğun olaraq, Azərbaycanın və xarici ölkə alimlərinin elmi-tədqiqat işləri barədə oxucuları məlumatlandırmaq --nəticələrini dərc etmək;

* elm tarixi və elmşünaslığın metodologiyasına dair tədqiqatların icmalını vermək;

* elmi-tədqiqat layihələrinə metodiki yardım etmək;

*Azərbaycanın və xarici ölkələrin ali məktəblərinin elm tarixi və elmşünaslıq istiqamətləri üzrə tədris prosesinə elmi-metodiki yardım etmək;

* elm tarixi və elmşünaslığın daha effektiv tədqiqinin inkişafı üçün informasiya, metodiki və digər intellektual ehtiyatların mübadiləsini təşkil etmək;

 

Jurnalın bölmələri:

*  Təbiət elmləri tarixi

*  Dəqiq və texniki elmlər tarixi

*  Humanitar və ictimai elmlər tarixi

*  Elm tarixinin mənbəşünaslığı və tarixşünaslığı

*  Elm tarixinin nəzəriyyəsi və metodologiyası

* Elmşünaslıq və elmin sosial problemləri