ARƏN Reyestr № 4314

ISSN (print): 2788 - 9831

ISSN (online): 2788 - 984X

Elm Tarixi və Elmşünaslıq

Beynəlxalq elmi-nəzəri jurnal


JURNAL HAQQINDA

Elm tarixi və Elmşünaslıq beynəlxalq elmi-nəzəri jurnal AMEA Elm Tarixi İnstitutu tərəfindən təsis edilmişdir və "Avropa" nəşriyyatında nəşr olunur. "Elm Tarixi və Elmşünaslıq" jurnalı geniş tematik bir spektri əhatə etməklə orijinal elmi məqalələri, metodiki və metodoloji materialları, elm tarixi və elmşünaslıq sahəsindəki icmalları dərc edir.

Jurnalın əsas istiqamətləri elmi tədqiqat metodlarının tarixi, ayrı-ayrı görkəmli alimlərin və elmi məktəblərin yaradıcılığı, müxtəlif kəşflərin tarixi, elmi fəaliyyətin təşkili formalarının təkamülü, əlyazma fondlarından, muzeylərdən və arxivdən toplanan materiallar, elm və texnika tarixi haqqında mənbələrin tədqiqi və nəşri, sənaye sahəsinin inkişaf tarixi, elmin populyarlaşdırılması və s. ibarətdir.

Həmçinin jurnalda elmşünaslığın, onun inkişafı və tarixi aspektlərinin, elmmetriyanın ümumi problemləri, elmi tədqiqatların səmərəliliyinin, elmi-tədqiqat layihələrinin keyfiyyətcə qiymətləndirilməsi problemləri və s. nəşr ediləcəkdir.

Jurnal bu sahə ilə məşğul olan Yaxın və Uzaq xaricdəki bütün alim və tədqiqatçılarla əməkdaşlıq üçün açıqdır.

Məqsəd və vəzifələr

Jurnalın məqsədi:

Elmin inkişafı və elmşünaslığın aktual problemlərinə dair azərbaycanlı və əcnəbi alimlərin orijinal məqalələrinin dərc edilməsi; Azərbaycan və əcnəbi alimlərinin elm tarixi və elmşünaslıq sahəsindəki elmi tədqiqatlarının beynəlxalq səviyyədə təqdim edilməsi; dünya alimlərinin təcrübəsinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə əcnəbi və azərbaycanlı alimlər arasında əməkdaşlığa nail olunması.

Jurnalın əsas vəzifələri:

Jurnalın profilinə uyğun olaraq elm tarixi və elmşünaslığın metodologiyasına dair tədqiqatların icmalının təqdim edilməsi; elmi-tədqiqat layihələrinə, Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin elm tarixi və elmşünaslıq istiqamətləri üzrə tədris prosesinə elmi-metodiki yardımın göstərilməsi; elm tarixi və elmşünaslığın daha effektiv tədqiqinin inkişafı üçün informasiya, metodiki və digər intellektual ehtiyatların mübadiləsinin təşkil edilməsi; elm tarixi və elmşünaslığa dair əsərlərin peşəkar səviyyədə nəzərdən keçirilməsi, həmçinin oxucu rəyinin öyrənilməsi.