Ana səhifə - Əhatə Dairəsi
JHSSS
“Elm tarixi və Elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnal geniş tematik bir spektri əhatə etməklə orijinal elmi məqalələri, metodiki və metodoloji materialları, elmşünaslıq və elm tarixi sahəsindəki icmalları dərc edir.
Jurnalın əsas istiqamətləri:
- elmi tədqiqat metodlarının tarixi,
- ayrı-ayrı görkəmli alimlərin və elmi məktəblərin fəaliyyəti,
-müxtəlif kəşflərin tarixi,
- elmi fəaliyyətin təşkili formalarının təkamülü,
- əlyazma fondlarından, muzeylərdən və arxivdən toplanan materiallar,
- elm və texnika tarixi haqqında mənbələrin tədqiqi və nəşri,
- sənaye sahəsinin inkişaf tarixi,
- elmin populyarlaşdırılması.
Həmçinin jurnalda elmşünaslığın, onun inkişafı və tarixi aspektlərinin, elmmetriyanın ümumi problemləri, elmi tədqiqatların səmərəliliyinin, elmi-tədqiqat layihələrinin keyfiyyətcə qiymətləndirilməsi problemləri və s. nəşr ediləcəkdir.
Jurnalın elmi-nəzəri məzmunu:
* Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələri dərc etmək;
Jurnalın məqsədi:
* Azərbaycan alimlərinin elm tarixi və elmşünaslığa dair tədqiqatlarını beynəlxalq səviyyədə təqdim və təbliğ etmək,
* dünya alimlərinin elm tarixi və elmşünaslıq sahəsində təcrübələrini öyrənmək, sözügedən sahə üzrə xarici ölkə və Azərbaycan alimləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq etmək.
* beynəlxalq elmi jurnalların bazasına (Web of Science, Scopus, ISI, İSSM, ESSM və s.) daxil olmaq.
Jurnalın başlıca vəzifələri:
* jurnalın profilinə uyğun olaraq, Azərbaycanın və xarici ölkə alimlərinin elmi-tədqiqat işləri barədə oxucuları məlumatlandırmaq --nəticələrini dərc etmək;
* elm tarixi və elmşünaslığın metodologiyasına dair tədqiqatların icmalını vermək;
* elmi-tədqiqat layihələrinə metodiki yardım etmək;
*Azərbaycanın və xarici ölkələrin ali məktəblərinin elm tarixi və elmşünaslıq istiqamətləri üzrə tədris prosesinə elmi-metodiki yardım etmək;
* elm tarixi və elmşünaslığın daha effektiv tədqiqinin inkişafı üçün informasiya, metodiki və digər intellektual ehtiyatların mübadiləsini təşkil etmək;
Jurnalın bölmələri:
* Təbiət elmləri tarixi
* Dəqiq və texniki elmlər tarixi
* Humanitar və ictimai elmlər tarixi
* Elm tarixinin mənbəşünaslığı və tarixşünaslığı
* Elm tarixinin nəzəriyyəsi və metodologiyası
* Elmşünaslıq və elmin sosial problemləri